Nəhəng ulduzlar

Vikipediya, azad ensiklopediya
C Mirəli2001 (müzakirə | töhfələr) (vikiləşdirmə) tərəfindən edilmiş 01:59, 15 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Nəhəng ulduzlar — "Spektr-işıqlıq" diaqramında baş ardıcılıqdan üstdə nəhəng ulduzlar yerləşmişlər. Ötgün siniflərə (G-M) məxsus və təqribən M=+1m ulduz ölçüsünə malik olan az sayda ulduzlar nəhənglər qrupunu təşkil edirlər. Bu ulduzların işıqlığı Günəşinkindən 100–1000 dəfələrlə böyükdür. Nəhəng ulduzların effektiv temperaturları Günəşinkindən kiçik olduğundan onların işıqlıqlarının çox böyük olmasını əsasən radiuslarının çox böyük olması ilə izah etmək olar. Nəhənglərin radiusları Günəşinkindən 10, hətta 100 dəfəyədək böyükdür[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. R. Ə. Hüseynov , Astronomiya, "Maarif" nəşriyyatı, Bakı, 1997