Beynəlxalq Ədalət Məhkəməsi

Vikipediya, azad ensiklopediya
Həsən İmanov (müzakirə | töhfələr) ("Uluslararası Adalet Divanı" səhifəsinin giriş bölməsi tərcümə edilərək yaradıldı) tərəfindən edilmiş 19:00, 21 mart 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

thumb|Beynəlxalq Ədalət Məhkəməsinin möhürü [[Dosya:International_Court_of_Justice_HQ_2006.jpg|thumb|Sülh sarayı, Hollandiya]] Beynəlxalq Ədalət Məhkəməsi Birləşmiş Millətlər Təşkilatının əsas məhkəmə orqanı hesab olunur. Beynəlxalq Ədalət Məhkəməsinin mənzil-qərargahı Niderlandın Haaqa şəhərində yerləşir. Ədalət məhkəməsi, Baş Assambleya və Təhlükəsizlik Şurasından seçilmiş 15 hakimdən ibarətdir. Hakimlər müxtəlif ölkələrdən seçilirlər və beləliklə də onlar, bununla dünyanın müxtəlif hüquq sistemlərinin nümayəndəsi olmaq xüsusiyyəti əldə edirlər.

Məhkəmənin yurisdiksiyasına beynəlxalq mübahisənin tərəfləri olan ölkələrin ona verdiyi işlər və BMT Nizamnaməsində və ya qüvvədə olan beynəlxalq müqavilələrdə xüsusi olaraq nəzərdə tutulmuş məsələlər daxildir. Beynəlxalq Ədalət Məhkəməsinin Nizamnaməsi BMT Nizamnaməsinin (BMT Şərti) tərkib hissəsidir və Ədalət Məhkəməsinin iş prinsiplərini müəyyən edir.

Hal-hazırda məhkəmənin sədri Con Donoqyudur.