Akrobatlar

Vikipediya saytından
Etibarlı Sabir (müzakirə | töhfələr) (→‎Təsviri) tərəfindən edilmiş 05:23, 5 aprel 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Akrobatlar - fransız rəssam Qustav Dorun 1874-cü ildə çəkdiyi rəsm işi.

Təsviri

Akrobatik şousu göstərən zaman çox pis yaralanmış uşaq görünür. Qanın şiddəti və uşağın ağaqpaq rənginə baxanda ölümn qaçınılmaz görünür. Ana yas içində. Falçı olan ananın açdığı falda açdığı maça as kartı ölümü təmsil edir. Ana nağaranın üstündə oturub və sağ tərəfdə bəzi musiqi alətləri görünür.[1] Ata üzgünlüyü ilə yanaşı həm də günahkar görünür. Çünki o da akrobatdır və uşağını bu yola yönəltdiyi üçün faciədə atanın da da payı var. Arxadakı qurğudan anlayırıq ki,uşaq bu ipin üstündə gəzməyə çaılşarkən yıxılb yaralanıb. Ətrafdakı adamlar maraqla baxıb uşağın ölüb-ölmədiyini anlamağa çalışırlar. Atanın yanındakı it ən az ata qədər üzgündür. Digər it isə elə bil ki, anaya təsəlli vermək istəyir. Bayquş laqeydcəsinə uzaqlara baxır. Ümumən müdrikliyin rəmzi olan bayquş uzaqlara baxmaqla edəcək bir şey qalmadığını göstərir. Əsər Naşıca iş görmüş bir ailə və ödənmiş ağır bədəl üzərində qurulmuşdur.

İstinadlar

  1. "Los saltimbanquis Tragedia en el circo, Historia-arte.com (Spanish)". 2023-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-28.