Vikipediya:Silinməyə namizəd səhifələr/Chai Khana media

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Mənbə axtar: Google (xəbərkitabakademikazad şəkillər) • JSTOR

  • X Silinsin: VP:EƏ ödənilmir. Məqalənin özündəki istinadlardan üçü qurumun öz saytıdır, ikisi də qurum haqqında mənbə deyil, qurumun müəyyən platformalardakı istifadəçi, müəllif kimi hesabının linkidir. Dw.com-dakı yazı isə ikincidərəcəli mənbələrin mövzuya diqqətini şübhəsiz təqdim etmir, çünki işıqlandırılma deyil, platforum az istifadə olunan bir alt-bölməsində paylaşılmış yazıdır. Ümumi olaraq axtarışda da başqa mənbə yoxdur, bu var, hansı ki, məzmundan da gördüyü kimi müstəqil nəşr deyil, özünü-reklamdır. Qurum haqqında müəyyən həcmdə məlumat verən əhəmiyyətli mənbə belə yoxdur, nəyinki, ikincidərəcəli mənbələrin diqqətini, mövzuya verdiyi əhəmiyyəti əks etdirən. Onu da qeyd edim ki, almanca vikipediyada da məqaləni həmin istifadəçi yaradıb və orada SNS edən mən deyiləm. Məqalə çox güman PR məqsədlidir və mənbənin istifadəçi ilə əlaqəsi ola bilər. P.S. ümid edirəm istifadəçi bu dəfə də müxtəlif dillərdəki layihələrdə mənim sırf mövzusuna görə məqalə sildiyimi, tərəfli olduğumu deyib məni viki-icmaya anti-feminist kimi təqdim etməz. Bu, inandırıcı olmazdı məncə. Sura Shukurlu (müzakirə) 12:17, 14 aprel 2024 (UTC)[cavabla]
  • ✔ Qalsın: Kifayət qədər nüfuzlu mediadır. Hansı təşkilatlar həmin mediaya tərəfdaşdırlar daha burada qeyd etmirəm. Çünki bunu bəzi istifadəçilər arqument kimi qəbul etmir. Halbuki çox nüfuzlu təşkilatların dəstəklədiyi beynəlxalq mediadır. Cənubi Qafqazda çox zaman danışılmayan mövzuların, qadın problemlərinin, cəmiyyətdə olan həssas təbəqələrin problemlərini, regionun heç yerdə müzakirə edilməyən problemlərini üzə çıxaran yeganə şəbəkədir və bu cəhəti onu unikal edir. Mərkəzi Tbilisi şəhərindədir. akademie.dw.com, globalvoices.org kimi mənbələrdə media haqqında məlumatlar var. Həmçinin bu şəbəkə özü xəbərlər portalı olduğundan onun öz şəxsi saytı var ki, məqalədə qeyd edilib. İnanmıram ki, bu saytın PR olunmasına ehtiyac olsun. Qeyd etdiyim kimi medianın mərkəzi Tbilisi şəhərində, mən isə Bakı şəhərində yaşadığım halda yuxarıda qeyd edilən arqument tamamilə əsassızdır. Qurumun mənim varlığımdan belə xəbəri yoxdur.Futuroloq (müzakirə) 14:49, 14 aprel 2024 (UTC)[cavabla]
  •  Sürətli qalsın: məqaləni heç oxumadan deyirəm ki, 100% ensiklopedikdir. Gərək AbzasMedia kimi təqibə uğrasın deyə məqaləsi olsun? Çayxana Media Cənubi Qafqazda ilk və ən böyük sərhədlərarası media platformasıdır. Layihələri kiçikmiqyaslı deyil. --► Hörmətlə: SolaVirum 19:29, 14 aprel 2024 (UTC)[cavabla]
    @Solavirum mövzunu araşdırmadan, məqaləni oxumadan ensiklopedik olduğunu necə deyirsiniz? Ensiklopediklik nəyinsə, kiminsə əhəmiyyəti və ya cəmiyyətin şəxsi fikrinə görə təyin olunur? Belə əsassız arqument gözləməzdim. Sura Shukurlu (müzakirə) 19:58, 14 aprel 2024 (UTC)[cavabla]
    Sura Shukurlu, məqaləyə baxmadım dedim, mövzunu bilmirəm demədim. İllərdir bu sahədə olan biri kimi ensiklopedik olduğuna əminəm. Mənbələr tapmaq olar, sabah kompüterdən əsaslı cavab yazaram. --► Hörmətlə: SolaVirum 20:03, 14 aprel 2024 (UTC)[cavabla]
  •  Sürətli qalsın: Solavirum'un qeyd etdiyi arqumentlə razıyam. Grenzsoldat 19:42, 14 aprel 2024 (UTC)[cavabla]
  • X Silinsin: birmənalı şəkildə qeyri-ensiklopedikdir. ümumiyyətlə saytın mərkəzinin kolumbiyada, ya gürcüstanda qeydiyyatdan keçməsi nəyisə dəyişdirmir. sadəcə bəzi startaplar ona görə xarici ölkədə qeydiyyatdan keçir ki, müəyyən qədər ölkə senzurasından uzaq qala bilsin və xarici donorlardan rahat qrant ala bilsin. ümumiyyətlə adına baxanda Chai Khana, yəni Çay Xana sözlərinə uyğunlaşdırıldığı aydın olur. saytda da müəlliflərin çoxunun azərbaycanlı olması, hətta digər dillərdə yazanlar arasında da azərbaycanlıların olması (digər xarici adda müəlliflır qeyd olunsa da) saytın daha çox hansı ölkə mərkəzli olmasını göstərir. təbii ki, saytın vikipediya üçün fərqi yoxdur ya Azərbaycan olsun, ya Ermənistan, ya da hansısa Afrika ölkəsi. sadəcə beynəlxalq dünya səviyyəli Qafqazlararası, Dünyalar arası mənbə kimi təqdim olunmasın deyə dedim. indi keçək mənbələrə. mötəbər mənbə kimi təqdim olunan dw.com-da sadəcə startap ilə bağlı müsahibədir, yəni, ikincidərəcəli mənbənin mövzunu diqqətdə saxlaması demək deyil. ümumiyyətlə lap əksi olsaydı belə, bu kimi hal saytı birbaşa ensiklopedik edən bir şey deyil. misal üçün çox nüfuzlu Voice of America media mərkəzi də zaman-zaman müxtəlif azərbaycanlılardan geniş müsahibə alır, zaman-zaman bəzi hadisələr ora da çıxır. ümumiyyətlə bu şəxsin ensiklopedik olmasıdırmı? təbii ki, xeyir. yəni, ortada ensiklopedik fəaliyyət olmayandan sonra istəyirsən səndən The Guardian da müsahibə götürsün, yenə də bu ensiklopedikliyə zəmin yaratmır. növbəti olaraq digər mötəbər mənbə kimi təqdim olunan GlobalVoices-də sadəcə saytın contributors-ları arasında qeyd olunub. misal üçün elə həmin hissəyə daxil olanda, saytın 100-lərlə contributoru olduğun görə bilərik. bunlardan biri də Chai Khana-dır. elə daxil olanda yuxarıdakı yazını oxuyanda da, orada da qeyd olunub ki, müəllif, tərcüməçi, redaktor və sub-redaktor kimi töhfə verən yüzlərlə könüllülərimiz var. hətta o qədər çoxdur ki, özü deyir ki, kimisə axtarmaq istəsəniz ctrl+F ilə axtarın :) + sayt barədə European Journalism Centre deyilən saytda da məlumat var, adındakı Avropa sözünü görüb bunu da dünya miqyaslı bir şeymiş kimi göstərən olacaq deyə, qeyd edim, bu saytı da araşdıranda görürsən ki, nəsə mötəbər bir şey deyil. həmçinin yazını da oxuyanda aydın olur ki, bu da 2-ci dərəcəli neytral mənbə deyil. "avropa mərkəzinin" saytda qeyd olunmuş Instagram səhifəsinə də daxil olanda sadəcə 724 follovu var və postlarına da ortalama 4-5 layk gəlir. (yəni heç 724 də deyil :D). yəni ümid edirəm dünya miqyaslı mənbə kimi təqdim olunmaz.
    yəni, qısaca birmənalı şəkildə qeyri-ensiklopedikdir. qrantlar hesabına zaman-zaman belə startaplar çıxır. bir az qadın azadlığı, bir az insan hüquqları, bir az digər məlum mövzularda nələrsə yazıb-yaradır, bir dönəm parıldamağa çalışır və sonra qrant kəsilən kimi də yox olub gedir. gəl gör ki, açığı mən heç vaxt da Chai Khana-nın parıldadığını, belə dəhşət içıq saçdığını da görməmişəm. vikipediya hansısa reklam yeri və ya startaplara dəstək verən arena deyil.
    bizdə elə aura var ki, hansısa ingilis dilində saytda nə iləsə bağlı məlumat görən kimi deyirik ki, a fso bu dünya miqyasındadır. bu ensiklopedikdir filandır elədir belədir. yəni, bu tip şeylərdən artıq yavaş-yavaş uzaqlaşmaq lazımdır. Atakhanli (müzakirə) 00:51, 15 aprel 2024 (UTC)[cavabla]
    X Silinsin: @Atakhanli qeyd etdikləri ilə tam olaraq razıyam -- ☞QRAF☜   (✉ → ♕) 04:45, 15 aprel 2024 (UTC)[cavabla]