ƏBOB

Vikipediya, azad ensiklopediya
Bikar (müzakirə | töhfələr) (85.117.56.82 (müzakirə) tərəfindən edilmiş 1 redaktə geri qaytarılaraq Atakhanli tərəfindən yaradılan sonuncu versiya bərpa olundu) tərəfindən edilmiş 16:26, 27 aprel 2024 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur.

ƏBOB (a;b)-ni tapmaq üçün:

  1. a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir.
  2. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir.
  3. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b

Nümunə[redaktə | mənbəni redaktə et]

ƏBOB (75, 45)=15

  1. 75=3×5×5
    45=3×3×5
  2. 3×5=15

Xüsusi hallar[redaktə | mənbəni redaktə et]

  • Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir.
  • Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir.
  • Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1
  • Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1
  • Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir. Məsələn, ƏBOB (9, 3)=3

Həmçinin bax[redaktə | mənbəni redaktə et]