"Araba" albomu Fransaya məxsus "Sony Music France" leyblı tərəfindən istehsal edilmişdir. Albom uzun müddət Belçika, Fransa kimi avropa ölkələrinin hit-paradlarında yüksək mövqe qazanmışdır. Alboma daxil olan "Araba" mahnısı böyük uğur qazanmışdır. Bu mahnının kaver versiyası Fransa ifaçısı Faudel tərəfindən "La main dans la main" adı altında fransızca səsləndirilmişdir.