Oka-dera

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) tərəfindən edilmiş 17:30, 9 may 2024 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Oka-dera (岡寺?) – Yaponiyanın Nara prefekturasının Asuka bölgəsində yerləşən buddist məbədi. Keçmiş adı Ryuqay məbədi (龍蓋寺, Ryuqay-ci?, azərb. "Əjdaha qapağı məbədi"‎) adı ilə də tanınır. Məbəd buddizmin Şinqon-Buzan sektasına aiddir.

Tarixi

Oka-deranın əsası 663-cü ildə qoyulmuşdur. Məbədin əsas zalı 1805-ci ildə tikilmişdir.

Məbədin yaradılması ilə bağlı əfsanəyə görə VII əsrdə bu ərazidə bədxah bir əjdaha peyda olmuşdur. Əjdahanı dayandırmaq istəyən Qayen adlı bir rahib əjdahanı özünə tabe etmiş, onu gölməçədə həbs etmiş, üzərini qapaq kimi örtməsi üçün böyük bir daşdan istifadə etmiş və əjdahanı orada möhürləmişdir. Qayen gölməçənin yerləşdiyi yerdə Oka-deranın əsasını qoymuşdur. Əfsanənin davamına görə gölməçədə həbs olunmuş əjdaha törətdiyi əməllərə görə peşman olmuş və ərazinin qoruyucusuna çevrilmişdir. Bu səbəbdən məbəd "Əjdahanın qapağı məbədi" adı ilə tanınmağa davam edir.

Xüsusiyyətlər

Məbəd Nara prefekturasının Takaiçi rayonunda yerləşir və Yamatonun dörd böyük məbədindən biridir. Məbədin çozuyası güllərlə bəzədilməsi ilə məşhurdur. Məbədin əsas zalında Yaponiyada gildən hazırlanmış ən böyük Budda təsviri olan Nyoirin Kannon Bosatsunun heykəli yerləşir. VIII əsrdən etibarən məbəddə yerləşən bu heykəl 5 metr hündürlüyündədir.

Məbəd ərazisində əfsanəyə görə əjdahanın həbs olunduğu deyilən gölməçə yerləşir.

İstinadlar

Xarici keçidlər