Aşafatma Kərimova

Vikipediya saytından
Sortilegus (müzakirə | töhfələr) (Yeni səhifə: Kərimova Aşafatma Hidayət qızı 1929-cu ildə Ucar rayonunun Qarabağlı kəndində anadan olmuşdur. 1940-cı ildən 1946-cı ilə kimi ümumtəhsil məktəbində oxumuşdur. 194...) tərəfindən edilmiş 20:36, 5 avqust 2010 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç

Kərimova Aşafatma Hidayət qızı 1929-cu ildə Ucar rayonunun Qarabağlı kəndində anadan olmuşdur. 1940-cı ildən 1946-cı ilə kimi ümumtəhsil məktəbində oxumuşdur. 1943-1963-cü illərdə Ucar rayonunun Qarabağlı kəndində Lenin adına kolxozda kolxozçu, manqa başçısı işləmişdir. Yüksək əmək göstəricilərinə görə 1948-ci ildə Lenin ordeni, 1950-ci ilə 2-ci dəfə Lenin ordeni ilə birlikdə Sosialist Əməyi Qəhrəmanı adını almışdır. 1963-cü ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olmuşdur. 2002-ci ildən Prezident təqaüdçüsüdür. Hazırda Ucar rayonunun Qarabağlı rayonunda yaşayır.