Çarpayı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Çarpayı (yunan dilində:κράββατος) — yataq mebeli dəstinə daxil olan məişə əşyası, yuxu üçün nəzərdə tutulur.

Yuxu insan sağlamlığı üçün çox önəmlidir. İnsan sutkada 6–8 saat yatır, deməli ömrünün 1/3 hissəsini çarpayıda keçirir. Heç şübhəsiz ki, çarpayı otağın interyeri, eləcə də rahatlıq baxımından çox önəmlidir.

Çarpayılar da formalarına görə müxtəlif olurlar. Düzbucaqlı, dördbucaqlı, yumru hətta ürəkşəklində olanlar.

Çarpayının seçilməsi

Çarpayı seçərkən mütləq onun hansı materialdan hazırlandığına fikir vermək lazımdır. Təmiz ağacdan hazırlanan çarpayılar uzun ömürlü olur, amma qiyməti də digərlərinə nisbətən baha olur. Son zamanlar bəzi çarpayılar elektron idarə etməylə çalışırlar.

Otaqda yerləşdirilməsi

Belə çarpayılarda səsli idarəetmə də olur. Yataq otağında mebeli doğru yerləşdirməyin bir neçə qaydası mövcuddur. Bu haqda hər bir dizaynerin öz fikri ola bilər. Yataq otağında çarpayını pəncərənin qarşısında yerləşdirmək düzgün deyil. Bu soyuqdəyməyə həmçinin də zərərli şüaların fəsadlarına gətirib çıxara bilər. Adətən yataq otağı mebeli dəst olur. Bunun nə dərəcədə uğurlu seçim olmağı da zövqdən asılıdır.[1]

Mənbə

  1. "Çarpayının düzgün seçilməsi". 2010-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-14.