Çində sürətli qatar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Çində sürətli dəmiryolu (High-speed rail) — sərnişin daşınması üçün istifadə olunan və 250–350 km/saat sürət üçün qurulan dəmiryolu xəttləridir.  2017-ci ildə ölkənin 29 regionundan 33 regionuna genişləndirilmiş və xəttlərin uzunluğu 25 000 km-ə çatdırılmışdır. Bu bütün dünyadakı sürətli dəmiryolu xəttlərinin üçdə ikisini təşkil edir.[1] Bu dünyanın ən uzun sürətli dəmiryolu xəttidir və həmçinin dünyada ən çox istifadə olunan xəttdir. Belə ki, bu xəttlə 2017-ci ildə 1,713 milyard gediş baş tutmuş, ümumi gediş sayı 7 milyarda çatmışdır.[2][3]

Sürətli dəmiryolu xətti Çin Dəmiryolu Korporasiyası tərəfindən idarə olunur. Çin sürətli dəmiryolu xətti 2007-ci ilin aprel ayında istifadəyə verilmiş və dəmiryollarının 250 km/saat gedə bilməsi üçün reyslər düzəldişmişdir. Pekin-Tianjin xətti Avqust 2008-ci ildə açılmış və 350 km/saat sürətlə hərəkətə imkan verən ilk sərnişin dəmiryolu xətti olmuşdur. 

Son 15 ildə dəmiryolu Çin hökümətinin qoyduğu investiyalar sayəsində sürətlə inkişaf etmişdir. Dəmiryolu naziri Liu Zhijunun 2011-ci ildə korrupsiyaya görə istefaya göndərilməsi, dəmiryollarının maddi dayanıqlığı, təhlükəsizliyi, qiyməti və ətraf mühitə təsiri qayğılarına səbəb olmuşdur.[4] Buna baxmayaraq sürətli dəmiryollarının çəkilişi sürətlə davam edir, 2025-ci ildə 38 000 km[5] və uzun müddətdə 45 000 km-ə çatdırılması planlaşdırılır.[5][6][7]

İstinadlar

  1. (Chinese) 全国高铁运营里程已超过2.2万公里 Arxivləşdirilib 2018-02-01 at the Wayback Machine 2017-01-03
  2. 马玉佳. "New high-speed trains on drawing board- China.org.cn". www.china.org.cn. 2017-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-13.
  3. chinanews. "2017年中国铁路投资8010亿元 投产新线3038公里-中新网". www.chinanews.com. 2018-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-13.
  4. "China acts on high-speed rail safety fears". Financial Times. 2011-04-14. 2011-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-17.
  5. 1 2 National Development and Reform Commission, 2016
  6. "Chinese high speed network to double in latest master plan". Railway Gazette. 21 July 2016. 25 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 March 2018.
  7. "World's Longest Fast Train Line Opens in China". Associated Press. 29 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 December 2012.