Ümit Ünal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ümit Ünal
türk. Ümit Ünal
Doğum tarixi 14 aprel 1965(1965-04-14)[1] (59 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti kinorejissor, yazıçı, ssenarist
IMDb ID0880928
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümit Ünal (14 aprel 1965[1], Tirə, İzmir ili) — türk rejissor və ssenarist.

Həyatı

1985-ci ildə 9 İyul Universitetinin İncəsənət Fakültəsinin Film Televiziya ixtisasını bitirib. Universitet vaxtında çəkdiyi qısa filmlər müxtəlif mükafatlara layiq görülüb. Yazdığı ilk ssenari olan “ Teyzem”( Xalam) 1986-cı ildə Milliyyet Qəzetinin Ssenari Müsabiqəsində birincilik qazanıb və bu ssenari Halit Refiğ tərəfindən ekranlaçdırılıb. 1986- 1993-cü illər ərzində yazdığı səkkiz ssenari əsasında film çəkilib.

Ilk filmi olan “9”u 2001-ci ildə yazdı və filmə rejissorluq etdi. Bu film 2003-cü il Xarici Film üzrə Oskar Mükafatı üçün Türkiyə temsilçisi olaraq seçildi və müxtəlif festivallarda mükafatlandırıldı.

Dörd kitabı işıq üzü görüb.

Filmləri

  • ”9” (2001)
2002-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa -Serra Yılmaz)
2002-ci il Ankara Film Festivalı (Onat Kutlar Ən yaxşı ssenari, Umut Veren Yeni rejissor)
  • ”Anlat İstanbul” (2004)
2005-ci il İstanbul Film Festivalı (Ən yaxşı türk filmi, Ən yaxşı aktrisa-Yelda Reynaud)
2005-ci il Adana Altın Koza Film Festivalı – Ən yaxşı film, Ən yaxşı Ekran tərtibatı, Ən yaxşı görüntü rejissor
2005-ci il Med Film Festival-Roma - Artistic Expression (Original Idea) Mükafatı
2006- cı il Banqkok Beynəlxalq Film Festivalı – Münsiflər heyətinin xüsusi mükafatı
  • ”Ara” (2008)
27-ci Beynəlxalq İstanbul Film Festivalı, Münsiflər heyətinin xüsusi mükafatı
  • “ Kölgəsizlər” (2008)
28-ci Beynəlxalq İstanbul Film Festivalı,
  • ”Kapitan Feza” (2009)
  • ”Səs”(2010)
  • “Nar” (2011)
2011-ci il Antalya Qızl Portağal Film Festivalı Qadın münsiflər heyətinin xüsusi mükafatı

Ssenariləri

  • (1986) “Teyzem” (Halit Refiğ)
  • (1987) “Milyarder” (Kartal Tibet)
  • (1987) “Xəyallarım, Eşqim və Sən” (Atıf Yılmaz)
  • (1988) “ Dostum Şeytan” (Atıf Yılmaz)
  • (1992) “Berlin in Berlin” (Sinan Çetin)
  • (1993) “Amerikalı” (Şerif Gören)
  • (1993) “Yaz Yağmuru” (Tomris Giritlioğlu)

Nəşr olunan kitabları

  • (1993) “Amerika Gözəli” (Hikayələr toplusu)
  • (1996) “ Eşqin əlifbası” (Roman)
  • (2001) “Quyruq”(Roman)
  • (2012) “ İşıq kölgə oyunları”

İstinadlar

  1. 1 2 IMDb (ing.). 1990.

Xarici keçidlər