İlikliqaya

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İlikliqayaOrdubad rayonunun Tivi kəndindən cənub-şərqdə, oval, uzunsov təpənin üzərində yaşayış yeri. Abidənin yerləşdiyi ərazi xalq arasında "Bənövşəqumluğu adlanır" Abidənin sahəsi 150 m²-dən artıqdır. Tikinti qalıqlarına əsasən demək olar ki, binalar yonulmamış qaya parçalarından inşa olunmuşdur. Mədəni təbəqənin qalınlığı 0,5–1 m arasındadır. Mədəni təbəqə kül qarışıq torpaq laylarından ibarət olub keramika, sümük qalıqları ilə zəngindir. Yerüstü materiallar arasında keramika məmulatı üstünlük təşkil edir. Keramika məmulatı çəhrayı və boz rəngdə bişirilmiş gil qabların parçalarından ibarətdir. Arxeoloji materiallara əsasən yaşayış yerini e.ə. II–I minilliklərə aid etmək olar. [1]

İstinadlar

  1. Xəlilov Toğrul, F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı, "Elm və təhsil", 2013, 200 səh.

Mənbə