İlqar Qılıcov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlqar Qılıcov
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1966(1966-01-07) (58 yaş)
Doğum yeri
Təhsili
  • SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutu[d]
Hərbi xidmət
Döyüşlər

İlqar QılıcovAzərbaycan Respublikası Milli Məclisinin II çağırış[1] deputatı.

Haqqında

Qılıcov İlqar Səyyad oğlu 07 yanvar 1966-cı ildə Tovuz şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. Fəlsəfə elmləri namizədi alimlik dərəcəsi verilmişdir. Qarabağ müharibə veteranıdır.

1982–19871982-ci ildə Moskva şəhəri SSRİ Müdafiə Nazirliyinin Hərbi İnstitutunun hüquq fakültəsinə daxil olmuş, 1987-ci ildə həmin institutunu bitirmişdir.

1986–1987 Alma-Ata qarnizonu stajor müstəntiq vəzifəsini icra edən (Alma-Ata şəhəri); 1987–1991 Gəncə qarnizonu hərbi prokurorluğunun müstəntiqi;

1991–1992 Azərbaycan Respublikası Baş Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq;

1992–1993 Milli Təhlükəsizlik orqanlarında istintaqa Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Millətlərarası Əlaqələrdə qanunların icrasına nəzarət idarəsinin prokuroru işləmiş;

19941994-cü ilin yanvar ayından noyabr ayınadək Milli Təhlükəsizlik üzrə qanunların və Gömrük qanunvericiliyinin icrasına nəzarət idarəsi 1-ci şöbənin prokuroru, rəisi;

1994–1995 Sosial İqtisadi sahələrdə qanunların icrasına, hüquqi aktların qanuniliyinə nəzarət idarəsi, iqtisadi sahədə qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru işləmiş;

1997–2000 Respublika Prokurorluğunda İqtisad məhkəmələri qərarlarının qanunuliyinə nəzarət şöbəsinin prokuroru işləmiş;

2000–2001 Baş Prokurorluğunun Beynəlxalq hüquq şöbəsinin rəis müavini işləmiş;

2001–2005 Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2006 h/h2006-cı ilin aprel ayının 26-dan Azərbaycan Respublikası Ali Məhkəmənin hakimidir.

İstinadlar