İnam intervalı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İnam intervalının sxematik təsviri

İnam intervalı - riyazi statistikada təsadüfi dəyişənin vəziyyətinin dəqiqliyinin qiymətləndirilməsinə xidmət edir. İnam intervalı araşdırılan parametr ətrafında bir sərhəd yaradır. Bu sərhəd əvvəlcədən verilmiş ehtimalla parametrin (y) həqiqi vəziyyətini əhatə edir (şəkil). Üsulun üstün cəhəti ondan ibarətdir ki, aparılan statistik analiz üçün verilmiş parametrin əhəmiyyətli olub-olmaması üzə çıxır. Analiz olunan parametrin (y ) inam intervalının ölçüsü ehtimalın (α), standart meyillənmənin () və ölçmələrin sayından (n) asılı olaraq belə təyin olunur:

burada: σ - orta kvadratik meyillənmmədir; tα-student əmsalı adlanır və α-nın qiymətindən asılı olaraq ədəbiyyatlarda cədvəl şəklində verilir. α-nın qiyməti yuxarı və aşağı sahələr arasında bərabər paylanır: (-α/2; +α/2).

Statistik araşdırma zamanı inam intervalına düşən parametrlər nəzərdən atılır, çünki onların dəyişməsinin araşdırılan göstəriciyə təsiri dəqiq analiz oluna bilmir.

Mənbə

  • Əliyev, R. Maşınqayırma leksikonu. Bakı: Apostroff, I hissə, 2012.427 s.
  • Şahbazov, Ə. Ehtimal nəzəriyyəsi və riyazi statistika: ali məktəblər üçün dərslik / red. M. Bunyatovş Bakı: Maarif, 1973. 577s.