İnisiator

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İnisiator - reaksiya şəraitində parçalanaraq radikallar əmələ gətirən maddələrdir.

İnisiatorlar iştirakı ilə polimerləşmədə aktiv mərkəzlər və ya sərbəst radikallar reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ gətirən maddələrin mühitə daxil edilməsi ilə yaradılır. İnisiatorun parçalanmasından alınan radikallar polimerləşmənin gedişində sərf olunaraq polimer makromolekullarına daxil olurlar və bu baxımdan inisiator iştirakı ilə polimerləşmə katalitik proseslərdən fərqlənir.

Radikal polimerləşmə reaksiyalarında inisiator kimi üzvi peroksid və hidroperoksidlər, azo və diazobirləşmələr, karbon turşularının dinitrilləri, persulfatlar və s. istifadə olunur.

İstinadlar