İriçiçəkli murdarça

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İriçiçəkli murdarça
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması

İranda (Gilan) təbii halda rast gəlinir. Azərbaycanda yayılması: Qusar (Samur çayı kənarı), Lənkaran (Ələzə¬pin Apu kəndləri ətrafı), Lerik (Siov kəndi) rayonlarında təbii halda yayılmışdır.

Statusu

Azərbaycanın nadir və relikt bir bitkisidir. CR A1abc; B1ab(i,iii).

Bitdiyi yer

Əsasən aşağı dağ qurşağında qarışıq enliyarpaq meşələrdə çay kənarlarında rast gəlinir.

Təbii ehtiyatı

Azərbaycanda dar bir arealda yayılmışdır.

Bioloji xüsusiyyətləri

Təbiətdə hündürlüyü 6 m-dək olan kol və ya kiçik ağacdır. Bitkinin gövdəsinin qabığı tünd boz və ya qara rəngdə olur. Bitkinin cavan zoğlarının rəngi məxməri yaşıl olur. Yaşlı budaqları isə yaş-lımtıl boz rəngdə olur. Tumurcuqları iri olub tüklüdür. Yarpaqları ellipsşəkilli olub 6-23-eni isə 4-13 sm ölçüsün¬də ola bilir. Yarpaqların qaidə hissəsi yumru və ya ürək şəklində ola bilir. Yarpaqlarının kənarları xırda yarımdairəvi mişardişlidir. Yarpaq saplaqları 1-2,5 sm uzunluğundadır. Çiçəkləri sarımtıl rəngdə olub, xırdadır. Meyvələri tünd qırmızı rəngdə olub 5–9 mm diametrindədir. May-iyun aylarında çiçək açır və avqust ayında meyvəsi yetişir.

Çoxalması

Təbiətdə əsasən generativ yolla çoxalır.

Təbii ehtiyatının dəyişilməsi

Başlıca olaraq insan fəaliyyətidir.

Becərilməsi

Mədəni halda Nəbatət bağlarında becərilir.

Qəbul edilmiş qoruma tədbirləri

Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmişdir.

Zəruri qoruma tədbirləri

Yeni yasaqlıqların yaradılması vacibdir.

Məlumat mənbələri

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine

Ədəbiyyat

  • Деревья и кустарники СССР. т.2. 1951;
  • Флора Азербайджана. т.6. 1955;
  • Azərbaycanın ağac və kolları. II cild. 1964;
  • Красная Книга СССР.1984; Azərbaycanın “Qırmızı Kitabı”. 1989;
  • Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; *Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008. Azərbaycanın nadir və nəsli kəsilməkdə olan oduncaqlı bitkilərinin in situ və ex situ şəraitində bioekoloji xüsusiyyətlərinin reproduksiyasının və repatriasiyasının elmi əsasları, b.e.d. alimlik dərəcəsi almaq üçün dissertasiya. Bakı.