İstanbul Birjası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İstanbul Birjası
Ümumi məlumatlar
Tipi səhmdar cəmiyyəti
Təsis tarixi 1985
Baş qərargahın yeri
borsaistanbul.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstanbul Birjası , ya da BİST 1985-ci ildən "İstanbul Menkul Kiymetler Borsası" olaraq fəaliyyətə başlayıb, 5 Aprel 2013-cü ildə özündə İstanbul fond birjasını və qızıl birjasını birləşdirərək İstanbul birjası (BIST) olaraq fəaliyyətinə davam edir.[2] Ayrıca "Yatırıma dəyər!" rəsmi sloqan olaraq qəbul edilmişdir.

24 Fevral 2017-ci ildə yayımlanan qərarnamə ilə dövlətə aid bütün hissələrin Türkiyə Varlıq Fonduna dövr edilməsi qərarlaşdırılmışdır.

13 iyun 2017-ci il tarixində BİST 100 indeksi 100000 səviyyəsinə qədər yüksəldi.[3]

27 iyul 2020-ci ildə indeks 23 il öncəki halına qaytarılaraq iki sıfır atılmışdır.

Tarix

1983–1984: Quruluş

Rəsmi qəzetin 18183 sayında 6 oktyabr 1983-cü il tarixində "Menkul Kiymetler Borsaları hakkında 91 saylı qanun hökmündə qərarnamə" yayımlandı.[4]

6 oktyabr 1984-cü il tarixli, 18537 saylı rəsmi qəzetdə yayımlanan "Menkul Kıymetler Borsalarının Kuruluş ve Çalışma Esasları Hakkında Yönetmelik" ilə Türkiyədə menkul qiymətlər birjalarının quruluş, çalışma və birjada alqı-satqı əsasları ilə birja üzvlərinin quruluş, çalışma və məsuliyyətləri göstərilmişdir. [5]

İlk əməliyyatlar 3 yanvar 1986-cı ildə 19 hissə sənədi ilə başladı.[6]

İdarəsi

İstanbul Birjası 3 il üçün seçilən və 9 üzvdən ibarət olan İdarə Heyəti tərəfindən idarə olunur. İdarə Heyəti sədri İdarə heyəti tərəfindən seçilir.

İstinadlar

  1. Market Identifier Code.
  2. [1][ölü keçid]
  3. "Arxivlənmiş surət". 2017-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
  4. "Qərarnamə" (PDF). 2021-12-02 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-15.
  5. "2031" (PDF). 2022-03-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-04-15.
  6. "Birjada ilk əməliyyat". 2020-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-15.