İzzəddin Naxçıvani

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İzzəddin Naxçıvani
Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani
Doğum yeri
Vəfat tarixi 1300
Vəfat yeri
İstiqaməti riyaziyyat, Xəttat

İzzəddin Naxçıvani (azərb. Əbulfəz Dövlətşah ibn Səncər Abdulla əs-Sahibi ən Naxçıvani‎;Naxçıvan1300, Luristan ostanı) — ədib, xəttat, riyaziyyatçı.[1]

Həyatı

Tarixi-cahangüşay (Dünya fatehinin tarixi) əsərinin müəllifi Əladdin Cüveyniyə (1225-1283) hörmət əlaməti olaraq əs-Sahibi nisbəsi qəbul etmişdir.Məşhur ərəb alimi və biblioqrafı İbn əl Fuvatinin verdiyi məlumata görə, İzzəddin Naxçıvani yaxşı ədəbiyyatçı olmuş və bir sıra əsərlər yazmışdır. Zəngin kitabxanası var idi. 13-cü əsrin 80-90-ci illərində Bağdadda yaşamışdır. Hillə şəhərinə getmiş və oranın icarədarı olmuşdur. Lakin icarə məbləğini ödəyə bilmədiyindən Luristana (Qərbi İran) getmiş və orada vəfat etmişdir. Cənazəsu qardaşı Nəsirəddin Qutluğşahın Salmas əl-Farsii ziyarətgahındakı məqbərəsində basdırılımışdır.

Vəfatı

1300-cu ildə vəfat edib.

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 218. ISBN 5-8066-1468-9.