Şövkət Seyidzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şövkət Seyidzadə
Şövkət Veyis qızı Seyidzadə
Doğum tarixi (81 yaş)
Doğum yeri Agdaş

Şövkət Veyis qızı Seyidzadə - şairə.

Həyatı

Şövkət Veyis qızı Seyidzadə 5 sentyabr 1942-ci ildə Agdaşda anadan olub.

1959-cu ildə 10 illik məktəbi bitirib, 1960-cı ildə M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub.

1965-ci ildə İnstitutun “Avropa dilləri” fakültəsinin ingilis dili şöbəsini bitirib, Mingəçevir, Sumqayıt məktəblərində işləyib. 1976-cı ildən Bakı Xarici Dillər İnstitutunda müəllim işləyib.

1984-cü ildən 1996-cı ilə qədər Bakı Politexnik Texnikumunda və Bakı Maşınqayırma Texnikumunda işləyərək ildən təqaüdə çıxıb.

Şövkət xanım şair təbiətlidir, poeziya duyumludur - şeirin müxtəlif janrlarında qələmini sınamışdır, bu sahədə çox yüksək istedada malik olduğunu sübut etmişdir.

O, nəinki Azərbaycan dilində, hətta rus və ingilis dillərində də səviyyəli şerlərin müəllifidir.

İstinadlar