Şəfəq (qəzet, İran)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəfəq
Növ İctimai-siyasi qəzet
Yaranma tarixi 1910
Ünvan Təbriz


Şəfəq qəzeti — 1910-cu ildə Məşrutə inqilabı illərində yaranan və Təbrizdə gizli iş aparan demokrat təşkilatının qeyri-leqal mətbuat orqanı.

Fəaliyyəti

Bu qəzet öz kəsərli yazıları ilə xüsusilə fərqlənir, milli istiqlaliyyət və demokratiya uğrunda mücadilənin inkişafına mühüm təsir göstərirdi. «Şəfəq» qəzetinin şücaət və cəsarətli, kəskin mübarizə xətti, xüsusilə atəşin vətənpərvərlik ruhundakı məqalələri çarizmin hiddət və qəzəbinə səbəb olurdu.

Mətbuatın ifşaçılıq fəaliyyətində intibahnamələrlə yanaşı kitabçalar nəşrindən geniş istifadə olunurdu. 1909-cu ilin may-iyun aylarında müdaxiləçilərin inqilabçılara və dinc əhaliyə qarşı azğınlıq və soyğunçuluq əməllərini ifşa edən çoxlu kitabça buraxıldı, onların mətni «Mükafat» qəzetində, habelə mühcir mətbuatında dərc olunub yayılırdı[1] .

Həmçinin bax

İstinadlar

  1. "Pərvanə Məmmədli. MƏŞRUTƏ İNQİLABI İLLƏRİNDƏ DEMOKRATİK ƏNƏNƏLƏRİN FORMALAŞMASI (1905-1911) səh 7" (PDF). 2021-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-12-03.