Şərəfəddin Hüseyn Sultani

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şərəfəddin Hüseyn Sultani (?-?) – XV əsr Azərbaycan xəttatı, Şamaxıda və Təbrizdə yaşamışdır. Şamaxıda Şirvanşah Fərrux Yəsarın (1462-1500) sarayında, sonralar isə Təbrizdə Ağqoyunlu hökmdarı SultanYaqubun (1478-90) kitabxanasında fəaliyyət göstərmiş, bir sıra bədii əsərlərin üzünü köçürmüşdür. Yusif Әmirin “Divan”ı (15 əsr, Ayasofiya kitabxanası, İstanbul), “Kəlilə və Dimnə” (1447, Sipəhsalar mədrəsəsi, Tehran), “Şamaxı antologiyası” (1468, Britaniya muzeyi, London), Hafizin və Kamal Xocəndinin şeirlərindən ibarət əlyazması (1473, Topqapı muzeyi, İstambul) ən yaxşı işlərindəndir.

İstinadlar