Şaiq Məmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şaiq Məmmədov
Şaiq Məmməd oğlu Məmmədov
Təxəllüsü Şaiq Məmmədoğlu
Doğum tarixi 7 avqust 1980(1980-08-07) (43 yaş)
Doğum yeri
Təhsili
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu

Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim.

Həyatı

Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub.

1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinfinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin "Dilşünaslıq" fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub.

2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb.

2005–2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib.

2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb.

2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib.

2010–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin "Sosial İdarəetmə və Hüquq" fakültəsinin "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alıb.

2013-cü ilin sentyabr ayından[1] 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.

Mükafatları

  • 2015-ci il iyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Kütləvi İnformasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.[2]

İstinadlar

  1. "İctimai Teleradionun yeni baş direktor müavini". 2013-09-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-09-13.
  2. Kütləvi informasiya vasitələri əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Arxivləşdirilib 2022-09-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 1321 nömrəli Sərəncamı  (az.)