Şirzad Abutalıbov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şirzad Abutalıbov
Şirzad Əsəd oğlu Abutalıbov
Doğum tarixi (64 yaş)
Doğum yeri Naxçıvan
Fəaliyyəti Aktyor
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 1999"Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008

Şirzad Abutalıbov (d.8.7.1959, Naxçıvan şəhəri) — aktyor, rejissor. Azərbaycan Respublikasinin xalq artisti, Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri-direktoru.

Həyatı

Şirzad Abutalıbov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub.1985-1990-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb.

1976-ci ildən Naxçivan Dövlət Musiqili Dram Teatrında isləyir. eyni zamanda Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbəri və direktorudu.

Yaradıcılığı

Teatrda işlədiyi müddətdə H.Cavid “Şeyx Sənan”da Şeyx Nəim, “Topal Teymur”da Təlxək, “Şeyda”da Yusif, Ü.Hacıbəyov “O olmasın,bu olsun”da Hambal, “Arşın mal alan”da Vəli, C.Cabbarlı “Aydın”da Ləzgi Qurban, N.Nərimanov “Nadir şah”da Rza xan, N.B.Vəzirov “Hacı Qənbər”də Mahmud, N.Hikmət “Qəribə adam”da Hüseyn əfəndi, Anar “Sizi deyib gəlmişəm”də Mozalan, N.Həsənzadə “Atabəylər”də Əbuşər, İ.Əfəndiyev “Hökmdar və qızın”da Kəlbəli xan C.Məmmədquluzadə “Dəli yığıncağı”nda Cinni Mustafa, Mir Cəlal “Dirilən adam ”da Bekar Ağabala, A.Məmmədov “Həmyerlilər”də Gümüşov, Y.Əzimzadə "Anacan"da Qulu, Mirzəğa Atəş "Cırtdan"da Arıq, Əliağa Kürçaylı "Boşanaq evlənərik"də İkram, Sota Rokova "Yaşıl papaq"da Vaso Axaladze, İsmayıl Şıxlı "Kosaoğlunun səhvin"de İmran, C.Məmmədquluzadə "Anamın kitabın"da Hüseyn Şahid, M.F.Axundov "Hacı Qara"da Kərəməli, M.S Ordubadi "Beş manatlıq gəlin"də Nadir, S.Qurbanov "Özümüz bilərik"də İbişov,Ü.Hacıbəyov "Ər və arvad" Qulu,G.Xuqayev "Arvadın əri özüməm" Kazbek,N.Xəzri "Atıllaın atlıları" Kral,A.Babayev "Koroğlunun Çənlibelə qayıdışı" Nankoryan v sairə rollarda oynayıb.

Fəxri adları, mükafatlar, nailiyyətlər

1999-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. Azərbaycan Respublikasinin xalq artisti (2008) 10 may 2022-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.[1]

İstinadlar

  1. President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.

Xarici keçidlər