ƏBOB

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ən böyük ortaq bölən a və b natural ədədlərinin hər ikisinin bölündüyü ən böyük natural ədədə a və b-nin ən böyük ortaq böləni deyilir və ƏBOB(a;b) kimi işarə olunur.

ƏBOB (a;b)-ni tapmaq üçün:

  1. a və b sadə vuruqlarına ayrılıb qüvvət kimi göstərilir.
  2. Ortaq vuruqlardan qüvvəti kiçik olanlar seçilir.
  3. Onların hasili tapılır. ƏKOB(a, b)×ƏBOB(a, b)=a×b

Nümunə

ƏBOB (75, 45)=15

  1. 75=3×5×5
    45=3×3×5
  2. 3×5=15

Xüsusi hallar

  • Birdən başqa ortaq bölənləri olmayan natural ədədlərə qarşılıqlı sadə ədədlər deyilir.
  • Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1-ə bərabərdir.
  • Ardıcıl ədədlər qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (15, 16)=1
  • Ardıcıl tək ədədlər də qarşılıqlı sadə ədədlərdir. Məsələn, ƏBOB (37, 39)=1
  • Ədədlərdən biri digərinin bölənidirsə, ƏBOB bu ədədlərdən kiçiyinə bərabərdir. Məsələn, ƏBOB (9, 3)=3

Həmçinin bax