Əbdül Səttar Ədhi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdül Səttar Ədhi
Əbdül Səttar Ədhi
Əbdül Səttar Ədhi
Doğum tarixi 1928[1]
Vəfat tarixi 8 iyul 2016(2016-07-08)[2][3]
Vəfat yeri
Vəfat səbəbi böyrək çatışmazlığı[d][2][2]
Uşağı 2
Fəaliyyəti xeyriyyəçi, avtobioqraf[d], siyasi fəal[d], humanist, sosial işçi
www.edhi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əbdül Səttar Ədhi (1928[1]8 iyul 2016[2][3], Kəraçi[2]) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi.

Karyerası

Pulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərmişdir. Sonradan dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi 250-dən artıq xəstəxana tikdirmişdir. Nəticədə o, Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına çevrilmişdir. Bu barədə o belə demişdir:

"Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı".

Ədhi dilənərək qazandığı pulları yığıb 1951-ci ildə ilk kiçik klinikasını tikdirmişdir.

Əlsiz-ayaqsızlar üçün klinikada pulsuz müayinə təmin edən, topdansatış anbarlardakı dərmanları alaraq yoxsullara çox ucuz qiymətə satan Ədhi insanların rəğbətini qazandıqdan sonra iş adamları, siyasətçilər, adi insanlar ona külli miqdarda xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verir.

O, artıq 50 ildən çoxdur ki, dilənçiliyini davam etdirir. Əməlləri barədə deyir:

"Yoxsulam, doğrudur, amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır".

Xidmətləri

  • 250 xəstəxana
  • Qocalar evi
  • Dispanser
  • Dünyanın ən böyük pulsuz təcili yardım xidməti
  • Ədhinin yaratdığı qurum 2011-ci ildə iki təyyarə də alaraq onları uçan xəstəxanalara döndərib.

Mükafatları

  • 1988 — Beynəlxalq Lenin Sülh mükafatı

Mənbə

Xarici keçidlər

İstinadlar

  1. 1 2 Əbdül Səttar Ədhi.
  2. 1 2 3 4 5 6 Əl-Cəzirə. 1996.
  3. 1 2 Abdul Sattar Edhi // Encyclopædia Britannica (ing.).