Əlaəddin Koval

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əlaəddin Koval
türk. Alâaddin Koval
Əlaəddin Koval
Əlaəddin Koval
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi
Vəfat yeri İstanbul
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
  • Osmanlı Hərbi Məktəbi[d]
Hərbi fəaliyyəti
Xidmət illəri 1903-1930
Rütbəsi General-mayor
Döyüşlər İtaliya-Osmanlı müharibəsi
Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əlaəddin Koval (türk. Alâaddin Koval) (d. 1878, İstanbul - ö. 08.08.1930, İstanbul) — Türk əsgəri.

Hərbi fəaliyyəti

1901-ci ilin 13 avqustunda hərbi məktəbə daxil olmuş və 1903-cü ilin 22 avqustunda oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə təhsilini Hərbi Akademiyada davam etdirmiş və 1906-cı il sentyabrın 26-da oradan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrindəBirinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında, Şərqi Frakiyada 1-ci korpusun komandiri olan Cəfər Təyyar Paşanın əmri ilə 55-ci bölmə komandirliyində xidmət etmişdir. 1 mart 1922-ci ildə polkovnik rütbəsinə yüksəldi. İlk olaraq, Əlcəzirə Cəbhəsinin Baş qərargahı rəisi kimi xidmət göstərdi və 1922-ci ilin aprel ayında 41-ci şöbənin komandiri vəzifəsinə təyin edildi. Böyük hücumda iştirak etdi. Müharibədən sonra, "İstiqlaliyyət" medalı (Türkiyə Respublikası) ilə təltif edildi.

Daha sonra isə 1-ci ordunun müfəttişi, 1-ci tümən komandiri vəzifəsini icra etdi. 1927-ci ildə general-mayor rütbəsinə yüksəldi və Paşa oldu. 8 Avqust 1930-cu ildə İstanbulda vəfat etdi. İstanbulda Qaracaəhməd qəbiristanlığında dəfn edilmişdir. Onun nəşi sentyabrın 27-də Türkiyə Dövlət məzarlığına köçürüldü.

Medal və təltifləri

Həmçinin bax

İstinadlar

Mənbə

  • T.C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 198.