Əliyar İsmayılov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əliyar İsmayılov
Ümumi məlumatlar
Doğum tarixi 11 aprel 1976(1976-04-11)[1] (48 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 166 sm
Mövqeyi müdafiəçi
Vəzifəsi müdafiəçi

Əliyar İsmayılov — Rusiyalı futbolçu

Həyatı

10 yaşında ikən Kaspiysk şəhərindəki uşaq-gənclər futbol məktəbində Anatoli Kiryanovun rəhbərliyi ilə futbolda ilk addımlarını atıb. 1993-cü ildə "Kaspi" (Kaspiysk, Rusiya, 2-ci liqa) komandasında oynayıb. 1994-cü ildə "Arqo" (Kaspiysk, 2-ci liqa), 1995-97-ci illərdə "Anji" (Mahaçqala, 2-ci və 1-ci dəstələr, Rusiya) komandalarında çıxış edib. 1998-ci ildə Mineralnıe Vodı şəhərinin "Lokomotiv-Taym" (Rusiya, 2-ci liqa) klubunun şərəfini qoruyub. 1998-99-cu il mövsümündə "Turan"da oynayıb (1 oyun). 1999-2000-ci il mövsümündə "Qarabağ"ın heyətində 13 dəfə meydana çıxıb və 2 qol vurub. 2000-2001-ci il mövsümündə yenidən "Turan"a dönüb və 9 oyunda 1 dəfə fərqlənib. Sonrakı 5 ildə Mahaçqala "Dinamo"sunun formasını geyinib. 2005-2006 mövsümünün 2-ci dövrəsindən İnter Bakı klubunda çıxış edib. 2010-cu ilin yanvarında İnter Bakı klubunu tərk edib[2].

İstinadlar

  1. Aliyar Ismailov // Transfermarkt (çd.). 2000.
  2. "Əlyar İsmayılov "İnter"dən getdi". 2020-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-07.