Ənvər Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ənvər Məhərrəm oğlu Hüseynov — Culfa Rayon Partiya Komitəsinin birinci katibi.[1]

Həyatı

Ənvər Hüseynov 28 avqust 1948-ci ildə Naxçıvan MR, Şahbuz rayonu, Kükü kəndində anadan olmuşdur.

Ənvər Hüseynov AR Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini bitirmişdir. Sonradan Şahbuz rayon kommunist partiyasında 2-ci katib, Naxçıvan şəhər Komsomol komitəsində katib, Naxçıvan Peşə Təhsil Komitəsinin rəisi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Naziri, Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri, Naxçıvan MR Həmkərlar İttifaqının sədri, Culfa Rayon Partiya Komitəsində 1-ci katib və başqa vəzifələrdə işləmişdir.

Naxçıvan MR Ali Məclisinin deputatı olmuş, müxtəlif orden və medallarla təltif olunmuşdur.

Ənvər Hüseynov 21 sentyabr 1993-cü ildə vəfat etmişdir.

İstinadlar

  1. Namiq ƏHMƏDOV. "Tarixin 1990-cı ili – Naxçıvanın 17 noyabrı..." Xalq qəzeti. 18.11.2013. İstifadə tarixi: 22 aprel 2016.[ölü keçid]

http://www.aqra.az/az/nazim-%C9%99kb%C9%99rov-s%C9%99kin%C9%99-xanim-%C9%99liyeva-haqqinda/