Ərbil Türkman TV

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ərbil Türkman TV
Ölkə İraq İraq
Dil türkmən dili
Yaranma tarixi 1996

Ərbil Türkman TV — türkmən dilində yayımlanan televiziya.

Məlumat

1996-cı ildə fəaliyyətə başlayan bu kanal, əslində, İraq Türkman Cəbhəsinə bağlı olub təhlükəsizlik bölgəsində TERT adında qurulmuş bir TV kanalıdır. Ancaq 2003-cü ildən İraq Türkman Cəbhəsinin rəhbərliyinin Kərkükə köçməsi ilə bəzi türkman qruplar tərəfindən KDP (Kürdüstan Demokratik Partiyası) qüvvələri ilə razılığa gəlindi və televiziya kanalı KDP-nin idarəsinə keçdi.

Ərbil və ətraf ərazilərə yayımlanan “Ərbil Türkman” TV kanalı türkmən dilində siyasi, mədəni və sosial verilişlərə yer verir. KDP əleyhinə yayım siyasəti aparır. Bəzi bölgə və ölkə əhəmiyyətli TV kanallarda müəyyən müddətdə türkcə xəbər və musiqiyə yer ayrılır. Onlardan dövlət televiziyası “İraqiyyə” TV, “Kərkük”, “Nəbə” TV, “Kürdüstan” TV, “Zaqros” TV kimi kanallardır.[1]

İstinadlar

  1. Dr. Şəmsəddin Kuzəçi. İraq mətbuat tarixi (1869-2019). Bakı: “CBS”. səh. 105-106. ISBN 978-9952-516-66-1..