2-Metilpiridin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

2 — metilpiridin və ya 2-pikolinüzvi maddə.

Fiziki-kimyəvi xassələri

2-metilpiridin və ya 2-pikolin ümumi formulu C6H7N olan heterotsiklik birləşmə, üzvi maddədir. Piridin iyinə oxşar xoşagəlməz iyli rəngsiz mayedir, zəhərlidir. 2-metilpiridinin reaksiyalarının böyük hissəsi metil qrupunda gedir. Məsələn 2-metilpiridindən 2-vinilpiridin alırlar. Reaksiya 2-metilpiridinin formaldehidlə qarşılıqlı təsiri zamanı gedir.

Tarixi

2-pikolin piridinin təmiz halda alınan ilk törəməsidir. T. Anderson 2-pikolini 1846-cı ildə kömürdən ayırmışdır.

Alınması

Hal-hazırda 2-pikolin 2 əsas üsulla alınır: Sirkə aldehidinin kondensasiyası və ya formaldehidin amonyakla reaksiyasından və nitril və asetilendən iibarət tsiklin əmələ gəlməsilə alınır.

Tətbiqi

2-pikolin vinilpiridin və nitropirin istehsalı üçün istifadə olunur. 2-vinilpiridin, butadien və stirol polimeri avtomobil şinlərinin istehsalında tətbiq olunur. Həmçinin nitropiridinin alınması üçün istifadə olunur ki, o da ammonyakın gübrədən itkisnin qarşısını alır. Kalium permanqanatla oksidləşməsi pikolin turşusunu almağa imkan verir.

Mənbə

  1. The EdinbuurqNew Philosofical Journal.-A. and C. Black, 1846.- 510p
  2. Shinkichi Shimuzu, Nanao Watanabe, Toshiaki Kataoka, Takayuki Shoji, Nobuyuki Abe Pyridine and Pyridine Derivatives. Ullman`s Encyclopedia of IndustrialChemistry.- Wiley-VCH Verlag Gmbh Co