Ağımtıl Psefellus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Ağımtıl psefellus[1] (Psephellus dealbatus (Willd.) Boiss. Centaurea dealbata Willd.)-Hündürlüyü (15) 20–60 sm, gövdəsi düzduran, yarpaqlarla örtülmüş və sadə olan çoxillik ot bitkisidir.

Yarpaq

Yarpaqları üst tərəfdən tünd-yaşılrənglidir, çılpaqdır, alt tərəfdən ağımtıl-keçəli, saplaqlı, görünüşünə görə uzunsov və yauzunsov-neştərtvaridir, lələkvari-bölünmüşdür. Yarpaq seqmentləri uzunsovdur, kütdür, çox vaxtqısa sivri ucludur, yarpağın qaidə hissəsinədoğru kiçiləndir, yuxarı seqmentləri tədricən saplaqla birləşəndir, aşağıdakılar isə demək olar ki, birləşir, adətən tamkənarlıdırlar, bəzən kənardan 1–3 sayda dişciklidir; kökətrafıyarpaqlar iri, uzun saplaqlıdır, gövdə yarpaqlarıisə tədricən azalan, ən yuxarı yarpaqları deməkolar ki, bütövdür, səbətə yaxınlaşandır və ondanbir az uzun yaxud qısadır. Yarpaqların təpəseqmentləri çox vaxt yan tərəfdəkilərdən böyük olur.

Çiçək

Səbətin eni 2–4 sm, yumurtavarişarşəkillidir. Çiçəkləri çəhrayı rəndə olub, üzərində bənövşəyi çalarları vardır. Çiçəkləməsi İyun-İyul aylarına təsadüf edir.

Meyvə

Toxumları 5–6 mm uzunluqdadır, uzunsov, hamar, çılpaq və köndələn qabarıqzolaqlıdır. Meyvə verməsi İyul-Avqust aylarına təsadüf edir.

Azərbaycanda yayılması

Böyük Qafqaz(BQ) Quba, BQ şərq, BQ qərb. Orta dağ qurşağında, subalp qurşağına qədər.

Yaşayış mühiti

Dağ çəmənliklərində, meşələrdə, kolluqlar arasında rast gəlinir.

İstinadlar

  1. "Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016"