Ağbulaq qəbiristanlıqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qəbiristanlıq
Ağbulaq qəbiristanlıqları
Ölkə  Ermənistan SSR
Yerləşdiyi yer İrəvan
Vəziyyəti Ermənilər tərəfindən dağıdılmışdır

Ağbulaq qəbiristanlıqlarıGöyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində qədim Azərbaycan qəbiristanlığı.[1]

Haqqında

Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) qədim Azərbaycan qəbiristanlıqları mövcud olmuşdur. Onlardan biri kəndin "Duzdağ", digəri isə "Dikdaş" adlanan hissəsində yerləşirdi. Kənd əhalisinin son iki qəbiristanlığı isə Şorca (2017-ci ildən Şoğakat) və Çəmbərək istiqamətində idi. Kəndin qərb tərəfdən giriş hissəsində qəbiristanlığın yaşı isə beş əsrdən artıq idi. Kənddəki son qəbiristanlıq isə 1935-ci ildə "Çaxmaqlı" adlanan yerdə salınmışdı. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılmışdır.

İstinadlar

  1. Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri. Bakı: "Nurlan" nəşriyyatı. 2007.