Abjitçay
Naviqasiyaya keç
Axtarışa keç
Abjitçay |
---|
Abjitçay — Azərbaycan Respublikasının Balakən rayonu ərazisində çay.
Toponimikası
Abjitçay Qanıxçayın qoludur. Bəzi tədqiqatçıların fikrincə, çayın adı İran mənşəli ab (su, çay) və jət (qatran) sözlərindən ibarət olub "qatranlı çay" mənasındadır. Qədim türk yazılı abidələrində xristianların xeyir-dua mərasimi "abijik/abişik" adlanır. Ehtimal olunur ki, abjit sözü rayonun ərazisində tarixi məlum olmayan qədim məbəd və ibadətgahla bağlıdır.[1]
İstinadlar
- ↑ Abjitçay // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.