Adana konfransı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Adana konfransı (30-31 yanvar 1943) - TürkiyəBöyük Britaniya dövlətlərinin başçıları İsmət İnönü və Vinston Çörcillin iştirakı ilə Adana şəhərində keçirilən konfrans. 1943-cü ildə Kasablanka konfransında Türkiyənin müttəfiq ölkələrlə birgə Almaniyaya qarşı hərbi əməliyyatlarda iştirakının strateji cəhətdən zəruriliyi müzakirə olunmuş, bununla əlaqədar U.Çörçill Türkiyəyə gəlmişdi. Aparılan danışıqlara və bütün səylərə baxmayaraq Böyük Britaniya Türkiyənin müharibəyə qoşulmasına nail ola bilməmişdir.

Mənbə

Azərbaycan Milli Ensiklopediyası, I cild, Bakı,2009, səh. 81