Adi süngərlər

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adi süngərlər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Sinif:
Adi süngərlər
Beynəlxalq elmi adı

Adi süngərlər (lat. Demospongiae) — heyvanlar aləminin süngərlər tipinə aid heyvan sinfi.

Ümumi xarakteristika

Bu sinifə aid 6000-dən çox növ təsvir edilmişdir. Növün əksər nümayəndələri dənizlədə yaşayır. Haplosclerida dəstəsinə aid növlər, əsasən, şirinsu hövzələrində yaşayır. Onlardan ən geniş tanınan növ göl süngəridir. Göl süngəri sualtı cisimlərin səthində uzunluğu 1 metrə çatan düzgün olmayan formalı və ya ağacabənzər örtülmə şəklində rast gəlinir. Bu süngərlər su hövzələrində filtrator rolunu oynayır. Hündürlüyü 7 sm-ə çatan süngər sutkada 20 litrdən çox su süzə bilir. Yaşıl, sarımtıl, ağımtıl rənglərə çalan göl süngərlərinin skeleti mikroskopik iynələrdən — spikullardan ibarətdir. Spikullar biogen mənşəli silisium oksiddən və spongin zülalından ibarətdir.

Çoxalması

Mülayim qurşaq ərazilərində göl süngərləri qışda çoxsaylı qış tumurcuqları (gemmul) yaradaraq məh volur. Gemmula xarici müdafiə örtüyü ilə əhatə olunmuş, qida maddələri ilə zəngin olan, 1 mm diametrə malik kürəvari amöbəbənzər hüceyrələrdir. Yazda gemmullardan cavan süngərlər törənir.

Acarnus erithacus

Təsnifatı

İstinadlar

Həmçinin bax