Adil Abdulla Əl-Fəlah

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adil Abdulla Əl-Fəlah
Doğum tarixi 1953
Doğum yeri

Adil Abdulla Əl-Fəlah — Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavini (1992-ci ildən); Asiya Müsəlmanları Komitəsinin sədri

Həyatı

1953-cü ildə Küveyt dövlətində anadan olmuşdur.

Təhsili

1997-ci ildə Küveyt Universitetinin Ədəbiyyat fakültəsini Psixologiya və Sosiologiya ixtisası üzrə bitirmiş və Lisans dərəcəsi almışdır. 1982-ci ildə Səudiyyə Ərəbistanı Krallığındakı İmam Məhəmməd bin Səud adına İslam Universitetinin magistraturasını İslam informasiyası Televiziya ixtisası üzrə bitirmişdir.

Küveyt dövlətində müxtəlif hökumət vəzifələrində, ictimai təşkilatlarda və tədris müəssisələrində, habelə dini qurumlarda çalışmışdır.

1992-ci ildən Küveyt dövlətinin Vəqflər və İslam İşləri nazirinin müavinidir.

Elmi fəaliyyəti

İslam informasiya vasitələri sahəsində çoxsaylı elmi əsər və məqalələrin müəllifidir.

Kitabları

  • Heydər Əliyev və milli-mənəvi dəyərlər. Bakı, "Qismət", 2007, 108 səh. (şəkilli)[1]

Ailəsi

Evlidir, on uşağı var.

Mükafatları

İstinadlar