Aerokirşə

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
"RF-8" markalı aerokirşə. İkinci Dünya müharibəsi illərində hazırlanmışdır.

Aerokirşə (rus. aэросани) — hava vintinin yaratdığı dartı qüvəsi ilə qar və ya buz üzərində hərəkət edən kirşə. Aerokirşə üç və ya dörd xizək üzərində dayanan gövdə, arxa hissəsindəki hava vintləri və onları hərəkətə gətirən mühərrikdən ibarətdir. Amfibiya-aerokirşədə xizək və onun üzərindəki kuzov xizəkşəkilli qayıqla əvəz edilmişdir ki, bu da buz üzərində, dayaz göl, bataqlıq, donmayan çay və s.-də hərəkət etməyə imkan verir. Qayıq-xizək arxa hissədəki şaquli sükanlarla idarə olunur. Mühərrikinin gücü 190 klovat olan aerokirşə və amfibiya-aerokirşənin sürəti qar üzərində 100 kilometr/saatdan çox, suda isə 80 kilometr/saata (amfibiya-aerokirşə) qədərdir.[1]

İstinadlar

  1. Аерокиршә // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 128.

Əlavə ədəbiyyat

  • Zaloga, Steven J., James Grandsen (1984). Soviet Tanks and Combat Vehicles of World War Two, pp. 185–87, London: Arms and Armour Press. ISBN 0-85368-606-8.
  • Science and Mechanics, Spring 1943, p. 49.

Xarici keçidlər