Aida Hüseynova (aktrisa)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aida Hüseynova
Doğum tarixi 1962
Fəaliyyəti aktrisa
Təhsili

Aida Baloğlan qızı Hüseynova (1962) — Azərbaycan aktrisası, Azərbaycanın əməkdar artisti (2018).

Həyatı

Aida Hüseynova 1962-ci ildə anadan olub. 1981-ci ildə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirmişdir. 1996-cı ildən hal-hazıradək Azərbaycan Dövlət Xor Kapellasında artist vəzifəsində işləyir. Kollektivdə işlədiyi müddətdə Dövlət tədbirlərində, səyyar konsertlərdə uğurla çıxışlar edib. Kapellanın yüksək kateqoriyalı artistlərindən biridir. Bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya

  1. Bakı xoreoqrafiya məktəbi 2005 (film, 2005)
  2. Məşədi İbad-94 (film, 2005)
  3. Sübhdən başlanan həyat (film, 2015)

İstinadlar

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.