Alifuşi adası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alifuşi
mald. އަލިފުށި
Ümumi məlumatlar
Sahəsi
  • 0,45 km²
Hündür nöqtəsi 5 m
Əhalisi 1.974 nəfər (2006-cı il)
Yerləşməsi
5°58′00″ şm. e. 72°57′00″ ş. u.
Ölkə  Maldiv adaları
Akvatoriya
Alifuşi xəritədə
Alifuşi
Alifuşi

Alifuşi adası (mald. އަލިފުށި) — yaşayışı olan ada, inzibati baxımdan Maldiv adalarının Raa atoluna daxildir. Maldiv arxipelaqında, ölkənin paytaxtı Male şəhərindən 240 km şimalda yerləşir. Ada 950 km uzunluğa, 750 metr enə malikdir. Adanın sahəsi — 58,3 ha-dır. 2006-cı il məlumatına əsasən Alifuşidə 1974 nəfər yaşayır: 939 kişi və 1035 qadın. Əhalinin yaş strukturu: 984 nəfər — 18 yaşından aşağı (50 %); 229 nəfər — 19–25 yaş arası; 641 nəfər — 26–64 yaş arası və 120 nəfər — 65 yaş və yuxarı. Savadlılıq səviyyəsi — 97,7 %[1].

Adada ümumilikdə 313 ev təsərrüfatı vardır ki, hər təsərrüfata 6,3 nəfər[2] düşür. Burada iki məktəb fəaliyyət göstərir.

İstinadlar

  1. ALIFUSHI. ISLES[ölü keçid]
  2. "Department of National Planning: Statistical Yearbook 2011: Table 3.3: POPULATION BY ISLANDS CENSUS 2000, 2006". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-28.