Allofan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Allofan
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Al₂O₃(SiO₂)₁.₃-₂.₀·2.5-3.0H₂O[1]
Strunz təsnifatı VIII/E.11 – Anhang[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya amorf hal[3]
Zolaq rəngi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allofan X Al2O3 ·  YSiO2 · H2O; X:Y=1:1 — kolloidal mineraloiddir; Rentgenoamorfdur. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən

Növ müxtəliflikləri

Fosforlu allofan ( ~10 %-dək və daha çox P2O5), ferri-allofan – tərkibində Al < Fe3+  olan allofan.

Xassələri

Rəng – rəngsiz, ağ, mavi, çəhrayı, yaşıl, qonur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffafdan yarımşəffafadək; Sıxlıq – 1,9; Sərtlik – 3; Çox kövrəkdir; Əllə toxunduqda qurudur; Sınıqlar – qabıqlı; Morfologiya – Mineral aqreqatları: massiv, böyrək- və salxımvarı, stalaktitəoxşar, torpaqvari kütlələr, opalabənzər qaysaqlar.

Mənşəyi və yayılması

Allofan əsasən ekzogen mənşəlidir və adətən vulkanik məhsulların – kül və şüşənin aşınması zamanı əmələ gələn torpaqlarda toplanır. Həmçinin sulfatlı meteor mənşəli suların təsiri ilə silikat və alümosilikatların parçalanması nəticəsində əmələ gəlir. Oksidləşmə zonasında qeyd edilir. Hidrotermal mənşəli allofanın əmələ gəlməsi başqa mineralların hidrotermal dəyişilməsi ilə bağlıdır. Birlikdə rast gəldiyi minerallar: halluazit, gibbsit, fosfatallofan. Mineralın tapıldığı yerlər: Qrafental (Almaniya); Banska-Ştyavnitsa (Çexiya); Juravlinski (Rusiya); Kiviklar-Köy (Türkiyə); İndiana ştatında Laurens dairəsi (ABŞ). Azərbaycanda Gədəbəy mis-kolçedan və Daşkəsən dəmir filizi yataqlarında, Tutqunçay hövzəsinin qızıl filizi zolağında, Balakən, Göy-Göl rayonlarında və b. yerlərdə qeyd olunur.

İstinadlar

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər