Ana Mariya Tostado

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ana Mariya Tostado
Şəxsi məlumatlar
Doğum tarixi 30 oktyabr 1971(1971-10-30) (52 yaş)
Doğum yeri
Vətəndaşlığı

Ana Mariya Tostado Dominqo (isp. Ana María Tostado Domingo; 30 oktyabr 1971, Valensiya) — İspaniya universal voleybolçusu. 1992 Yay Olimpiya Oyunlarında iştirak etmişdir.

Həyatı

Ana Mariya Tostado 30 oktyabr 1971-ci ildə İspaniyanın Valensiya şəhərində anadan olmuşdur.

1990–1992-ci illərdə "Espanyol" da, 1993–1994-cü illərdə "Mursiya"da çıxış etmişdir. 1990/91 mövsümündə "Espanyol"un tərkibində İspaniya çempionatını, kubokunu və superkubokunu, 1993/94 mövsümündə "Mursiya"nın tərkibində ölkə çempionluğunu qazanmışdır.[2][3]

1991-ci ildə İspaniyanın qadınlardan ibarət komandasının tərkibində Yaponiyada keçirilən dünya çempionatında çıxış etmiş, komanda 11-ci yeri tutmuşdur.[2]

O, 1992-ci ildə Barselonada Yay Olimpiya Oyunlarında İspaniyanın qadın voleybol komandasının üzvü olmuş, 4 oyun keçirmişdir. Komanda 8-ci yeri tutmuşdur.[4]

İstinadlar

  1. 1 2 Sports-Reference.com (ing.).
  2. 1 2 "Ana María Tostado » турниры в классическом волейболе :". Женский Волейбокс (rus). 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  3. "Olympedia – Ana María Tostado". www.olympedia.org. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.
  4. "Ana María Tostado Bio, Stats, and Results | Olympics at Sports-Reference.com". web.archive.org. 2020-04-18. Archived from the original on 2020-04-18. İstifadə tarixi: 2023-06-14.