Antrasit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Antrasit
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antrasit — İ. İ. Amosova (1963) görə, kömürləşmənin ən yüksək mərhələsi olan daş kömür, metamorfizmin VIII–X mərhələsi. Mikroəlamətləri (az küllü olan növləri üçün): rəngi bozumtul qara və qara-boz, cizgisi məxməri-boz, parıltısı parlaq metallik, endogen ayrılma çatlarının arasındakı məsafə 2–20, bəzən 80 mm-dək, şliflərdə işığı pis keçirir. Əks olunmuş işıqda gelləşmiş komponentləri parlaqdan sarımtıl ağ, açıq boz və bozadək; anizotropdur. Sıxlığı – 1,37–1,68 q/sm3, üzvü kütlənin xüsusi çəki – 1,5–1,7 və daha yüksək; Wa – 1–3 %, Vr – 2–4 çəki %, Cr – 94–97 %, Hr –1–3 %, istilik törətmək qabiliyyəti (Q) – 8100–8200 kkal/kq.

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.