Aqreman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Aqrement (fr. agrément — təsdiqləmə, razılaşma) — qəbul edən ölkənin hökumətinin müəyyən şəxsi diplomatik nümayəndəliyin başçısı qismində təyinatına razılıq.

Normativ baza

Aqreman razılığı 18 aprel 1961-ci il tarixli "Diplomatik münasibətlər haqqında Vyana Konvensiyası" ilə tənzimlənir.

Ümumi qaydaları

Aqreman sorğusunun edilməsi faktının açıqlanmasına yol verilmir. Çünki sorğuya rədd cavabının aşkarlığı iki ölkə arasında münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər. Əksər hallarda bu razılıq alınır. Lakin qəbul edən dövlətin hökuməti təklif olunan şəxsin qeyri-məqbul olduğunu hesab etsə, rədd cavabı verilə bilər. Bir qayda olaraq, qəbuledilməmə haqda rəsmi eyham da namizəd üzrə təklifin geri çağırılması üçün kifayətdir. Vyana konvensiyası dövlətin aqremandan izahat vermədən imtina etmək hüququnu saxlayır. Razılıq alındıqda namizəd persona qrata, əks hal baş verdikdə persona non qrata kimi qəbul edilir. Adətən aqreman sorğusuna mənfi cavab verilmir, cavabda gecikdirmə artıq onu vermək istəməmə haqqında xəbər verir. Aqreman sorğusunun incə xarakterini nəzərə alaraq, sorğu ilə müraciət edilən hökumət bir qayda olaraq, cavabı gecikdirməməyə çalışır. Burada qarşılıqlıq prinsipi, yəni bu hökumətin öz səfirinə aqremanı hansı müddətə alması nəzərə alınır.