Aralıq sahib

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Aralıq sahib - parazitin sürfə mərhələsi inkişaf edən sahib orqanizmlər - heyvanlar. Parazitin növündən asılı olaraq onun inkişafında bir və ya bir neçə aralıq sahib iştirak edir. Məsələn, malyariya plazmodisinin inkişafında bir aralıq sahib (insan), sorucu qurdların əksəriyyətində isə iki aralıq sahib iştirak edir. Aralıq sahib iki olduqda sürfənin birinci növbədə parazitlik etdiyi sahib birinci aralıq sahib, ikinci növbədə parazitlik etdiyi sahib isə ikinci aralıq sahib adlanır. Məsələn, sorucu qurdların birinci aralıq sahibi həmişə molyusklar, ikinci aralıq sahibi isə müxtəlif onurğasız heyvanlar (həşərat sürfələri), yaxud balıqlar, suda-quruda yaşayanlar və s. olur.

Ədəbiyyat

1. Axundov M.A., Mehrəliyev Ə.Ə., Əliyev A.R., Muradova E.Ə. Bioloji terminlər lüğəti. Bakı, 2005, 260 s.

İstinadlar