Araz Mahnı və Rəqs ansamblı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Araz Mahnı və Rəqs Ansamblı — Naxçıvan Dövlət Mahnı və Rəqs ansamblı

Haqqında

1959-cu ildən Naxçıvan şəhərində Dövlət konsert briqadası kimi fəaliyyətə başlamışdır. 1960-cı ildən indiki adını daşıyır. Ansamblın ilk bədii rəhbəri Azərbaycan Respublikası əməkdar incəsənət xadimi Ağası Məşədibəyov olmuşdur. Tahirə İsayeva, Həcər Seyidova, Adbulla Babayeva, Qurban İsmayılov, Fikrət Qasımov, Sadıq Qulubəyov, Ayalı Zöhrabova, Vahid Axdundov, Həsən Gülməmmədov, Aydın Camalbəyov, Bala Yusif, Kamal Əliyev ansamblın ilk solisti və musiqiçiləri idilər. Ansambl fəaliyyəti dövründə sabiq SSRİ-nin bütün respublikalarında, Azərbaycanın əksər şəhərrayonlarında qastrolda olmuş, konsert proqramları ilə çıxış etmişdir. Repertuarında Azərbaycan bəstəkarlarının əsərləri, muğam, rəqs və xalq mahnıları, eləcəə də dünya xalqlarının mahnırəqsləri başlıca yer tutur.

Mənbə

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 26. ISBN 5-8066-1468-9.