Atmosfer tozu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür.

Ümumi məlumat

Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır.[1] Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir. Tozun konsentrasiyasının artması troposferinYer səthinin soyumasına səbəb olur.

Xarici keçid

Atmosferin çirklənməsi və parnik effekti Arxivləşdirilib 2017-07-07 at the Wayback Machine

Həmçinin bax

Atmosfer

Toz

Ətraf mühitin çirklənməsi

İstinad

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008.