Atmosferdə kondensasiya nüvəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Kondensasiya

Qaz halında olan bir maddədin kimyəvi tərkibini saxlamaqla maye damcıları şəklində keçməsidir. Kondensasiya malekulların hərəkət intensivliklərinin azalması nəticəsində qarşılıqlı olaraq digər malekullarla cazibə nəticəsində bir araya yığılıb nisbətən sıx molekulyar qəfəs formalaşdırması ilə izah olunur.[1]

Atmosferdə kondensasiya nüvəsi

Su buxarının kondensasiyası üçün havada toz hissəcikləri və aerozollar olmalıdır və bu zərrəciklər də kondensasiya nüvələri adlanırlar. Atmosferdə kondensasiya nüvələri olmasa, təmiz havada su buxarının kondensasiyası üçün 4–8 qat artıq doyma şəraiti olmalıdır. Ancaq real atmosferdə bu şəraitin əmələ gəlməsi mümkün deyil. Kondensasiya nüvələri əriyən və əriməyən olmaqla, radiusu 5•10–7-2•10–5sm olan kiçik hissəciklərdən ibarətdir. Kondensasiya nüvələri rolunu oynayan hissəciklər atmosferə yanacağın yanması, dağ süxurlarının sovrulması, dəniz suyunun buxarlanması və vulkan püskürməsi nəticəsində daxil olurlar. Kondensasiya nüvələri ən çox atmosferin aşağı təbəqələrində olmaqla, hündürlük artdıqca tədricən azalırlar.[2]

Həmçinin bax

Atmosferdə kondensasiya,Atmosferdə su damcıları

Xarici keçidlər

Atmosferdə su

İstinadlar

  1. Q. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960
  2. Q. K. Gül "Meteorologiya və iqlimşünaslıq" BAKI-1960