Avaça körfəzi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Avaça körfəzi
rus. Авачинская бухта
Ümumi məlumatlar
Tip Buxta (körfəz)
Sahəsi 215 km²
Dərin yeri 26 m
Orta dərinliyi 9 m
Yerləşməsi
52°59′00″ şm. e. 158°33′00″ ş. u.
Ölkə  Rusiya
Akvatoriyası
Avaça körfəzi xəritədə
Avaça körfəzi
Avaça körfəzi
Avaça körfəzi xəritədə
Avaça körfəzi
Avaça körfəzi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Avaça körfəzi (rus. Авачинская бухта) — Sakit okeanda, Kamçatka yarımadasının cənub-şərqində buxta. Uzunluğu 24 kilometr, eni (girişində) 3 kilometr, dərinliyi 26 metrdir. Avaça körfəzinin şimal sahilində Petropavlovsk-Kamçatski şəhəri (portu) var.[1] Liman balıçılıq və yük daşımalarında istifadə edilən gəmiləri qəbul edir.[2]

Buxta ilk dəfə 1729-ci ildə Vitus Berinqin təşkil etdiyi Birinci Kamçatka ekspedisiyası zamanı kəşf edilmişdir.

Qısa təsvir

Dünyanın ən böyük buxtalarından biridir. Dünyanın istənilən tip gəmilərini qəbul edir.[3] Avaçi körfəzinin qapalı hissəsini təşkil edir. Buxta 24 km uzunluğa və 3 km enə malikdir (girəcəkdə). Su səthinin sahəsi 215 km2-dir. Dərinliyi 25 metrdir. Buxtaya AvaçaParatunka çayları tökülür. Sahillərində Petropavlovsk-KamçatskiVilyuçinsk şəhərləri yerləşir. Üstəlik burada Rusiyanın Sakitokean donanması yerləşdirilir. Buxtanın simvolu Tri Brata adalarıdır. Ada körfəzin girəcəyində onun Avaçi körfəzi ilə birləşdiyi ərazidə yerləşir.

İstinadlar

  1. Авача көрфәзи // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 33.
  2. "Rusiyanın 7 möcuzəsi". 2008-10-31 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.
  3. "Невероятно, но эти 10 мест — в России («Russia Beyond the Headlines», Россия)". 2018-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-03.