Avstraliya torpaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Avstraliya torpaqlarıAvstraliyanın hüdudları daxilində mövcud olan torpaq örtüyü. Ərazinin çox hissəsini tutan səhralar boz və boz-qəhvəyi torpaqları, cod otu və tikanlı kolluqları olan yarımsəhralarla əhatələnmişdir. Yağıntının miqdarı artdıqca (qərb, şimal və şərq tərəf) qırmızı-qonur yarımsəhra, qırmızı-qonur və qırmızı lateritli savannaya keçir. Savanna şimal-şərqdə həmişəyaşıl tropik, cənub-şərq və cənub-qərbdə rütubətli evkalipt meşələri ilə əvəz olunur. Materikin şimal və şərqində qırmızı-sarı lateritli, dağlarda tropik-qara, sarı-qonur, dağ-çəmən torpaqları yayılmışdır. Yarımsəhra və savannalardakı təbii otlaqların Avstraliya üçün böyük əhəmiyyəti var. Əmtəə əhəmiyyətli meşələr materikin təqribən 2%-ni tutur.[1]

İstinadlar

  1. Австралија. Торпаг вә битки өртүјү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 50.