Avstriya ilanbaşı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Avstriya ilanbaşı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Avstriya ilanbaşı
Beynəlxalq elmi adı

Avstriya ilanbaşı (lat. Dracocephalum austriacum) — Çoxillik bitkidir. Gövdəsi bir və ya bir neçə, hündürlüyü 20–50 sm, tüklü, aşağı hissəsi bənövşəyi rənglidir. Qısa saplaqlı yarpaqları 3–7 xəttvari küt hissəyə bölünmüşdür, qısa yan budaqlarının yarpaqları ucları biz olan 3 hissəyə bölünmüşdür və ya bütövdür. Köbələri azçiçəklidir, bəziləri gövdənin təpəsində başcıqlı çiçəkqrupu şəklində yığılmışdır. Kasacığı 10–13 mm, uzuntüklü, bənövşəyidir. Tacı 3–4 sm, tünd bənövşəyi, xaricdən seyrək tüklüdür. Toxumcaları 3 mm uzunluqda, qabırğacıqları qanadabənzər şəkildə enlənmişdir.[2]

Yayılması

BQ Quba sahəsinin rayonlarında subalp qurşağında yayılmışdır. Çəmənlərdə, dağ çəmənlərində bitir.[3]

İstinadlar

  1. Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 595.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.

Həmçinin bax